"Qarabağ"ın 2 futbolçusu simvolik heyətdə FOTO

16:16 - 26 Avqust 2017

"Squawka" nəşri Çempionlar Liqasında bütün qruplar üçün rəmzi heyətləri açıqlayıb.

 

Sportal.az xəbər verir ki, məşhur saytın hazırladığı simvolik heyətdə "Qarabağ"ın iki futbolçusunun adı da yer alıb.

 

C qrupunda mübarizə aparacaq Ağdam təmsilçisinin müdafiəçisi Maksim Medvedev və ispaniyalı yarımmüdafiəçisi Miçel rəmzi heyətə daxil edilib. 


C qrupunun rəmzi heyəti:

 

Qapıçı: Yan Oblak ("Atletiko")

 

Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ"), Dieqo Qodin ("Atletiko"), Kostas Manolas ("Roma"), Markos Alonso ("Çelsi") 

 

Yarımmüdafiəçilər: Nqolo Kante ("Çelsi"), Miçel ("Qarabağ"), Raca Naynqqolan ("Roma"),  Antuan Qrizmann ("Atletiko"),  Eden Azar ("Çelsi")

 

Hücumçu: Edin Ceko ("Roma")

 

Image may contain: text

Xəbər xətti