Rauf Əliyev "Kukesi"də ilk qolunu vurdu

00:23 - 27 Avqust 2017

Albaniyanın "Kukesi" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Rauf Əliyevin formasını geyindiyi "Kukesi" aşağı liqa təmsilçisi "Poqradeçit" ilə qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb.

 

Əliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və komandasının ikinci qolunun müəllifi olmaqla Albaniya klubunda qol hesabını açıb.

Xəbər xətti