“Neftçi” “Kəpəz”lə, “İnter” “Səbail”lə bərabərə qaldı

00:37 - 27 Avqust 2017

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 3-cü tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. Hər iki oyun heç-heçə başa çatıb. “Neftçi” doğma meydanda “Kəpəz”lə bərabərə qalıb. Dörd qolun vurulduğu “İnter” - “Səbail” oyununda da qalib müəyyənləşməyib.

 

Əvəzedicilərin çempionatı
3-cü tur
26 avqust

 

“Neftçi” - “Kəpəz” 1:1
Qollar:
Elçin Əsədov, 84-pen. - Ruslan Süleymanov, 13.

 

“İnter” - “Səbail” 2:2
Qollar:
Əlibəy Məmmədli, 40; Sinan Akkoyun, 76 - Aslan Hüseynov, 26. Turan Babayev, 49.

 

"Zirə" - "Sumqayıt" və "Qarabağ" - "Qəbələ" görüşləri sabah keçiriləcək.

Xəbər xətti