"Roma" "İnter"ə 3 qolla məğlub oldu VİDEO

01:46 - 27 Avqust 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma" İtaliya A seriyasında növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, komanda 2-ci turda doğma meydanda "İnter"lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub. Bununla da "canavarlar" 2008-ci ildən sonra ilk dəfə doğma meydanında "İnter"ə boyun əyib.

 

2 turdan sonra "Roma" 3 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "İnter" isə 6 xalla 2-cidir və top fərqinə görə lider "Yuventus"dan geri qalır. 

 

"Roma" - "İnter" - 1:3
Qollar:
Edin Dzeko, 15, Mauro İkardo, 67, Mauro İkardo, 77, Matias Vesino, 87

 

 

Xəbər xətti