Premyer Liqanın 3-cü turunu neçə azarkeş izlədi?

11:44 - 27 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda qeydə alınmış azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turun ən yüksək nəticəsi “Qarabağ” - “Qəbələ” oyununda qeydə alınıb. Suraxanıdakı “Azersun Arena”da keçirilən və meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə nəticələnən matçı 4200 tamaşaçı stadiondan izləyib.

 

Ən aşağı göstərici isə “İnter Arena”da qeydə alınıb. Cəmi 1000 tamaşaçı “İnter”in “Səbail” üzərində minimal hesablı qələbəsinin canlı şahidi olub.

 

Digər oyunlardan 8-ci km stadionunda keçirilən “Neftçi” - “Kəpəz” qarşılaşmasını (0:0) 1800, Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Sumqayıt” matçını (3:1) isə 1100 azarkeş tribunalardan izləyib.

 

Ümumilikdə, turun 4 oyununu 8100 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 2025 nəfər deməkdi. Xatırladaq ki, bu, cari mövsümdə qeydə alınmış ən yüksək nəticədi.

Xəbər xətti