"Beşiktaş" "Bursaspor" üzərində çətin qələbə qazandı VIDEO

13:59 - 27 Avqust 2017

Türkiyə Super Liqasında 3-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” səfərdə "Beşiktaş"la üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Dəniz də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı 66-cı dəqiqədə əvəzlənib. Ozanın adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

"Bursaspor" geridə qalan turlarda topladığı 3 xalla 18 iştirakçı arasında 11-cidir. "Beşiktaş" isə 7 xalla 2-ci pillədə qərarlaşıb. Lider 9 xalla "Qalatasaray"dır.

 

"Beşiktaş" - "Bursaspor" 2:1
Qollar:
Toşiç, 18. Hatçinson, 64 - Delarqe, 23.

 

Xəbər xətti