"Lion"dan Hatem Ben Arfa açıqlaması

14:50 - 27 Avqust 2017

PSJ-nin futbolçusu Hatem Ben Arfa özünə klub axtarmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futblçu "Lion"un transfer hədəfindədir. Bu barədə "aslanlar"ın prezidenti Jan Mişel Ola məlumat verib:

 

"Onunla maraqlanırıq. Vəziyyəti bizə məlumdur. Ötən il düşünürdük ki, bizə gələcək, amma PSJ-ni seçdi. Hazırda belə bir keçid mümkün ola bilərsə, agenti şəxsən mənimlə əlaqə saxlasın. Hazırda hər şey mümkündür".

 

Ben Arfanın PSJ ilə 2018-ci ilə qədər müqaviləsi var. O, ötən mövsüm 4 qol vurub və 7 assist edib.

Xəbər xətti