"Qarabağ"ın ÇL-in qrupuna düşməsi "Beşiktaş"ın Bakı səfərini təxirə saldı

17:55 - 27 Avqust 2017

“Beşiktaş” sentyabrın 2-də Bakıda yoxlama oyunu keçirmək üçün “Qarabağ”a təklif göndərib.

 

Sportal.az xəbər verir ki, Türkiyə çempionu DÇ-2018-in seçmə matçları ilə əlaqədar daxili çempionatda yaranacaq fasilə zamanı Bakıda hər iki komandanın iştirakı ilə yoldaşlıq matçı keçirmək istəyib. Bu oyun həm də “qara qartal”ın Azərbaycandakı çoxsaylı azarkeşlərinə hədiyyə olacaqmış.

 

Amma Ağdam klubunun Çempionlar Liqasının (ÇL) qrupuna düşməsi səbəbindən iş yükünün çoxalması, eləcə də futbolçuların əksəriyyətinin milli komandalarının düşərgəsində olması səbəbindən “Qarabağ” bu təklifə mənfi cavab verib.

 

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl açıqlamasında məlumatı təsdiqləyib. (qol.az)

Xəbər xətti