Kamran Ağayev start heyətdə FOTO

18:08 - 27 Avqust 2017

Çexiya çempionatında 5-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın qolkiperi Kamran Ağayev bu yay transfer olduğu "Mlada" klubunda debüt edəcək. Təcrübəli qapıçı "Slaviya" ilə səfərdə keçirəcəkləri matçın start heyətində yer alıb.

 

"Slaviya" - "Mlada" matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

 

Qeyd edək ki, "Mlada" 1 xalla 15-ci, "Slaviya" isə 8 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

Xəbər xətti