Araz Abdullayev oynadı, komandası qələbə qazandı

00:02 - 28 Avqust 2017

Kipr çempionatında II turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, tur çərçivəsində millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" klubu səfər matçına çıxıb.

 

Famaqusta təmsilçisi səfərdə "Oroklinis"in qonağı olub. Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millmizin futbolçusu bu matçda forma geyinməyi bacarıb. O, oyunun 86-cı dəqiqəsində Sekou Sissenin əvəzinə meydana daxil olub. Bu, Arazın yeni klubunun heyətində keçirdiyi 2-ci rəsmi matç olub.

 

Qeyd edək ki, "Anortosis" bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində ilk pilləyə yüksəlib. 

Xəbər xətti