"Mlada"nın baş məşqçisi: "Kamran Ağayev lazımsız səhvlər etdi"

10:09 - 28 Avqust 2017

"Oyuna çox passiv başladıq. "Slaviya" bizdən üstün idi və layiqli qələbə qazandılar".

 

Sportal.az xəbər verir ki, bu sözləri Çexiyanın "Mlada" klubunun baş məşqçisi Duşan Uhrin deyib. 

 

Boleslav təmsilçisi ölkə çempinatının V turunda səfərdə "Slaviya"nın qonağı olub və 0:4 hesabı ilə darmadağın olub. Oyundan sonra yerli mətbuata açıqlama verən mütəxəssis fikirlərini bildirib. O, məğlubiyyətə əsas səbəb kimi düzgün oynamadıqlarını göstərib. Mütəxəssis komandanın qapıçısı Kamran Ağayevin də ciddi səhvlərə yol verdiyini deyib:

 

"İkinci hissədə çox fəal idik. Ardıcıl hücumlar təşkil etsək də, təəssüflər olsun ki, fərqlənməyi bacarmadıq. Hücumlardan birini qolla tamamlaya bilsəydik, bəlkə də birinci hissədə buraxdığımız iki qolun əvəzini çıxa bilərdik. Amma əksinə oldu, çəçiv qoruyucumuz Kamran Ağayev lazımsız səhvlər etdi və qapımızda üçüncü qolu gördük. Bundan sonra oyunun axarını dəyişmək çox çətin idi. Ancaq Kamran yaxşı qapıçıdır. Ümid edirəm ki, o, növbəti oyunlarda bizə faydalı olacaq".

 

Çalışdırıcı komandasının özünü toparlayacağına inanır:

 

"Deməzdim ki, pis vəziyyətdəyik. Sadəcə, komandamıza vaxt lazımdır. Növbəti oyuna qədər futbolçuları fiziki və motivasiya cəhətdən yaxşı hazırlaşdırmalıyıq. Düşünürəm ki, gələcəkdə hər şey yaxşı olacaq". 

Xəbər xətti