Vüqar bu dəfə qol vura bilmədi

11:23 - 28 Avqust 2017

Latviya birinci liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" doğma meydanda "Stayçeles Bebri" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Cari mövsümdə vurduğu 13 qolla komandasının bombardiri olan futbolçumuz bu dəfə fərqlənə bilməyib.

 

"Olayne" 17 turdan sonra 35 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti