Millimiz İtaliya və Ukrayna ilə bacarmadı

11:48 - 28 Avqust 2017

Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan millisi daha iki oyun keçirib. 

 

Sportal.az xəbər verir ki, İtaliya və Ukrayna yığmaları ilə qarşılaşan futbolçularımız, müvafiq olaraq, 2:3 və 3:4 hesabı ilə məğlub olub.

 

Bu mərhələnin birinci oyununda millimiz Almaniya yığmasına 3:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti