Samir autsayder komandanın heyətinə düşə bilmir

12:21 - 28 Avqust 2017

Rusiya 1-ci divizionunda 10-cu turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" doğma meydanda Krasnoyarsk "Yenisey"i ilə qarşılaşıb və oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Samir bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

"Fakel" geridə qalan turlarda topladığı 8 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti