Lider “30”a “75”lə çatdı

15:24 - 28 Avqust 2017

“Zirə”nin “Sumqayıt”la qarşılaşması meydan sahibləri üçün ikiqat əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının III turunda 3:1 hesabı ilə qalib gələn qəsəbə təmsilçisi ardıcıl 3-cü qələbəsini qazanıb. Bu, paytaxt klubunun Premyer Liqada 30-cu qələbəsi kimi tarixə düşüb. 3-cü mövsümdür yüksək dəstədə çıxış edən “Zirə” 30-cu uğuruna 67-ci matçında çatıb.

 

Görüşdə vurulan 2-ci qol isə Bakı təmsilçisinin 75-ci topu olub. Yubiley qoluna Vüsal İsgəndərli imza atıb. Matçın sonunadək zirəlilər qol sayını 76-ya da çatdırıb.

Xəbər xətti