"Roma" - "Qarabağ" matçının biletləri satışda

16:53 - 29 Avqust 2017

“Roma”  Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunları üçün biletlərini bu gündən satışa çıxarıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlər “Atletiko” (12 sentyabr), "Çelsi" (31 oktyabr) və "Qarabağ"la (5 dekabr) görüşlər üçün biletlər ala bilər.

 

"Roma"nın "Atletiko" və "Çelsi"yə qarşı matçının biletlərin qiyməti 40-115 avro arası dəyişir. “Qarabağ”la görüşün biletlərinin qiyməti isə  30 – 95 avrodur.

Xəbər xətti