"Şəmkir" I Diviziondan imtina etdi

17:11 - 29 Avqust 2017

"Şəmkir" 2017/2018-ci il mövsümündə Azərbaycan çempionatının I Divizionunda iştirak etməyəcək.

 

Bu barədə Sportal-az-a Şəmkir Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Elgün Seyid məlumat verib. O, çempionatdan imtina edilməsinin səbəbini belə izah edib:

 

"Çalışırıq ki, yerli futbolçulardan ibarət komanda yaradılsın. Bu məqsədlə Şəmkir birinciliyi keçirilir. Bu çempionat uzun müddət davam edəcək. Birincilikden seçilən futbolçular gələcəkdə "Şəmkir" komandasının əsas özəyini təşkil edəcək. Hətta komanda formalaşandan sonra da çempionat davam edəcək və komandaya bir növ yeni futbolçuların yetişdirilməsində köməklik göstəriləcək".

Xəbər xətti