"Sumqayıt"dan ayrılan futbolçu "Şahdağ"da

17:32 - 29 Avqust 2017

Mövsüm başa çatdıqdan sonra "Sumqayıt"dan ayrılan Vaquf Gülalıyevin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçi karyerasını I Divizionda davam etdirəcək. Belə ki, gənc futbolçu Qusarın "Şahdağ" klubu ilə razılıq əldə edib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Vaquf Gülalıyev karyerası ərzində "Neftçala", "Xəzər Lənkəran", "Sumqayıt" kimi klublarda çıxış edib.

Xəbər xətti