Azərbaycanda transfer pəncərəsi nə vaxt bağlanır?

11:48 - 30 Avqust 2017

Azərbaycan Premyer Liqasında yay transfer dönəminin son günləridir.

 

Sportal.az xəbər verir ki, 2017-18 mövsümü üçün transfer pəncərəsi iyunun 9-da açılmışdı. Həmin gündən etibarən Premyer Liqa klubları anlaşdıqları futbolçularla rəsmi müqavilə imzalammışdılar. Transfer pəncərəsinin son günü isə sentyabrın 1-nə təsadüf edəcək.

 

Ölkəmizdə qış transfer pəncərəsi gələn il 13 yanvar – 9 fevral tarixlərini əhatə edəcək.

Xəbər xətti