Premyer Liqa klubları Türkiyə millisinin üzvünə "elçi düşdü"

18:48 - 30 Avqust 2017

"Beşiktaş"ın hücumçusu Cenk Tosun İngiltərə klublarının "radar"ına düşüb.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvünü Premyer Liqa klublarından "Nyukasl" və "Kristal Pelas" transfer etmək istəyir. İkincilər 26 yaşlı futbolçu üçün İstanbul nəgənginə 10 milyon funt-sterlinq, futbolçunun özünə isə illik 2,5 milyon avro təklif edib.

 

Qeyd edək ki, Cenk Tosun "Beşiktaş"a 2014-cü ildə "Qaziantepspor"dan transfer olub. O, "qara qartallar"ın heyətində meydana çıxdığı 82 qarşılaşmada 34 qolla yadda qalıb.

Xəbər xətti