Azərbaycanlı futbolçu Portuqaliya klubuna keçdi

10:49 - 31 Avqust 2017

Daha bir futbolçumuz karyerasını ölkə xaricində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, bu, Valeh Seyidovdu. Dəfələrlə müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının qalibi və bombardiri olmuş hücumçu Portuqaliyanın "Louletano" klubu ilə müqavilə bağlayıb. İkinci liqada mübarizə aparan klubla anlaşmanın müddəti 1+1 ildi. "Louletano" Seyidovu uzunmüddətli baxış mərhələlərdən keçirəndən sonra düşərgəsində saxlayıb.

 

Qeyd edək ki, futbolçu "Bakı"nın yetirməsidi. O, paytaxt təmsilçisinin heyətində həm Premyer Liqa, həm də I Divizion təcrübəsi toplayıb.

Xəbər xətti