Millimiz Norveçdə dəstəksiz qalmayacaq

16:32 - 31 Avqust 2017

Milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, yığmamız Oslodakı matçda dəstəksiz qalmayacaq.

 

Millimizi bu qarşılaşmada həmişə səfər matçlarında yalnız qoymayan “Milli Dəstə” fan-klubu qələbəyə səsləyəcək. Bundan başqa, Norveçdə yaşayan həmyerlilərmiz də tribunada öz yerini alacaq. Ümumilikdə millimiz üçün ayrılan qonaq sektoruna təxminən, 90 nəfər azarkeşin gələcəyi gözlənilir.

Xəbər xətti