"Trabzonspor" rəsmisi: "Qarabağ" Ramil Şeydayevi bizdən istədi"

17:38 - 31 Avqust 2017

“Qarabağ” Azərbaycan millisinin üzvü Ramil Şeydayevi heyətə qatmaq firkindədir.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun rəhbərliyi bununla bağlı hücumçunun məxsus olduğu “Trabzonspor” klubuna müraciət edib. 

 

“Qarabağ” Ramili Trabzon təmsilçisindən icarəyə götürəcək. Məlumatı “Qafqazinfo”ya açıqlamasında “Trabzonspor”un vitse-prezidenti Ahmet Çubukçu da təsdiqləyib:

 

“Bəli, “Qarabağ” Ramili bizdən istədi. Hazırda danışıqlar gedir. Klubumuzun prezidenti “Qarabağ” rəhbərliyi ilə görüşür”.

Xəbər xətti