Bədavi Hüseynov: "Məğlubiyyətdən başqa istənilən nəticə bizi qane edəcək"

00:33 - 1 Sentyabr 2017

"Baş məşqçinin dediyi kimi, bizimçün vacib oyundur".

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov deyib. Yığmamız DÇ-2108-in seçmə mərhələsində sabah səfərdə Norveç millisinin qonağı olacaq. 

 

Oyundan bir gün öncə keçirilən mətbuat konfransında iştirak edən müdafiəçi fikirlərini bildirib: "Yaxşı hazırlaşmışıq və baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirib, yaxşı nəticə qazanmağa çalışacağıq. Məğlubiyyətdən başqa istənilən nəticə bizi qane edəcək. Ümid edirəm ki, azarkeşlərimizi sevindirə biləcəyik".

 

Qeyd edək ki, Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

Xəbər xətti