"Ramil Şeydayev ümidlərimizi doğrultmadı"

14:54 - 1 Sentyabr 2017

“Ramil bizim ümidlərimizi doğrultmadı. Baxmayaraq ki, o, komandaya yeni qoşulanda yaxşı təsir bağışlayırdı. Onun ilk vaxtlarda sərgilədiyi oyun bizə ümid vermişdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri Slovakiyanın "Jilina" klubunun baş məşqçisi Adrian Qula deyib. 42 yaxşlı mütəxəssis Ramil Şeydayevin ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubuna transfer olunmasından  danışıb:

 

"Biz öz enerjimizi yeni oyunçuların yetişdirilməsinə yönəltmişik. Bu, bizim klubun fəlsəfəsidi. Ramil də perspektivli oyunçudu, lakin o, bizim oyun stilimizə uyğun gəlmədi. Ona “Jilina” formasını geyindiyinə və ölkəmizdə çıxış etdiyinə görə təşəkkür edirəm”.

 

Slovakiya çempionu Şeydayevi bu ilin əvvəlində “Trabzonspor”dan 1,5 illik icarəyə götürmüşdü. Millimizin hücumçusu “Jilina”nın heyətində ümumilikdə 13 oyun keçirib. 5 qol vurub.

 

Xatırladaq ki, Şeydayev karyerasını “Qarabağ”da davam etdirəcək. Ağdam təmsilçisi 20 yaşlı hücumçunu müqaviləylə məxsus olduğu “Trabzonspor”dan bir illik icarəyə götürüb.

Xəbər xətti