Millimizin oyununa pulsuz bilet paylanılır

17:25 - 1 Sentyabr 2017

Bu gün DÇ-2018-in seçmə mərhələsində Azərbaycan səfərdə Norveçlə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, qarşılaşmaya maraq elə də çox deyil. 28 minlik “Ullevaal” stadionunda keçiriləcək qarşılaşmaya dünən axşam saat 20:00-a olan məlumata görə cəmi 11 min bilet satılıb. Bundan başqa, əldə etdiyimiz digər məlumata görə, yaxınlıqdakı məktəblərə və hazırda Osloda keçirilən marafon turnirinin iştirakçılarına da 800 bilet pulsuz veriləcək.

 

Qeyd edək ki, sözügedən matç bu gün saat 22:45-də start götürəcək. 

Xəbər xətti