Çempionlar Liqası üçün heyətə alınmayan futbolçudan açıqlama

19:11 - 2 Sentyabr 2017

"Yuventus" Çempionlar Liqası üçün heyətini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, açıqlanan siyahıda Turin təmsilçisi təcrübəli Ştefan Lixtştaynerə yer verməyib. 33 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabından açıqlama verib. O, böyük məyusluq hissi keçirdiyini bildirib:

 

"Bu sərt qərar oldu. Çox məyusam. Həyat belədir. Ən önəmli olan çətinliyə necə düşməyiniz deyil, həmin vəziyyətdə ayağa qalxmaq və mübarizə aparmaqdır. İndi mən də geyindiyim formanın haqqını vermək üçün daha çox çalışacam və əlimdən gələni edəcəm".

 

Qeyd edək ki, İsveçrə millisinin üzvü 2011-ci ildən "qoca sinyora"da çıxış edir.

 

Xəbər xətti