Samir Məsimovun komandası "Zenit"ə uduzdu

12:49 - 3 Sentyabr 2017

Rusiya 1-ci divizionunda 11-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" səfərdə Sankt-Peterburq "Zenit"inin ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.

 

Samir də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 82-ci dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Fakel" geridə qalan turlarda topladığı 8 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti