Türkiyə - Xorvatiya matçının tarixi dəyişdirildi

13:55 - 3 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Türkiyə millisi doğma meydanda Xorvatiyanı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmanın vaxtı FİFA tərəfindən dəyişdirilib. Belə ki, 5 avqust tarixində keçirilməli olan görüş avqustun 6-sı baş tutacaq.

 

Buna səbəb dünən keçirilən Xorvatiya - Kosovo matçının güclü yağış səbəbindən yarımçıq dayandırılması və bu gün davam etdiriləcəyidir. Nəticədə Türkiyə - Xorvatiya oyunu 1 gün sonraya təyin olunub.

Xəbər xətti