İtaliya millisinin heyətində dəyişiklik

18:33 - 3 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsinin G qrupunda mübarizə aparan İtaliya növbəti oyununu İsrailə qarşı keçirəcək.

 

Sportal.az xəbər verir ki, yay transfer dönəmində “Torino”dan “Çelsi”yə tarnsfer olan Davide Zappakosta yığmaya dəvət olunub.


Futbolçu İspaniya ilə oyunda sarı vərəqə alaraq cəzalı vəziyyətə düşən Leonardo Bonuççini əvəz edəcək. İtaliya mətbuatı iddia edir ki, zədə səbəbindən digər müdafiəçi Spinazzola da İsraillə oyunu buraxa bilər. İtaliya – İsrail oyunu ayın 5-də baş tutacaq.


Əlavə edək ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda mübarizə aparacaq.

 

Xəbər xətti