Türkiyə millisində ciddi itki

19:04 - 3 Sentyabr 2017

Türkiyə millisinin aparıcı oyunçusu heyətdən kənarlaşdırılıb.


Sportal.az xəbər verir ki, dünən DÇ-nin seçmə mərhələsi çərçivəsində Ukrayna ilə qarşılaşmada hava mübarizəsi zamanı burnundan zədələnərək əvəzlənən Sərdar Əziz yığmanın heyətindən çıxarılıb.


Müdafiəçi Xorvatiya ilə oyunda iştirak edə bilməyəcək.


Xatırladaq ki, Türkiyə-Xorvatiya matçı sentyabrın 6-da baş tutacaq.

 

Xəbər xətti