Tuxeldən Dembele açıqlaması

20:00 - 3 Sentyabr 2017

Almaniya Bundesliqasında mübarizə aparan “Borussiya”nın sabiq baş məşqçisi Tomas Tuxel yay transfer pəncərəsində "Barselona"ya transfer olan Usman Dembele haqda maraqlı açııqlmalar verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun ilk gündən bəri hər zaman “Barselona”da oynamağı xəyal etdiyini deyib: “Dembele ilə ilk dəfə görüşdüyümdə mənə hədəflərindən bəhs etmişdi. Həmçinin, o, mənə “Barselona”da oynamaq istədiyini də bildirmişdi”.


Tuxel gənc hücumçunun “Borussiya”da olarkən icazəsiz məşqi buraxması və transfer haqqında da danışıb: “Transferin necə baş tutduğunu bilmirəm. Lakin belə mövzularda həmişə diqqətli olmaq lazımdır”.


Xatırladaq ki, “Barselona” bu yay Usman Dembeleni 105 milyon avro qarşılığında “Borussiya”dan transfer edib. Komandadan ötən mövsümün sonunda ayrılan Tuxel isə işsizdir.

Xəbər xətti