“Beşiktaş”lı futbolçu İsrail klubunun hədəfində

20:21 - 3 Sentyabr 2017

İsrailin “Makkabi Təl-Əviv” klubu “Beşiktaş”da çıxış edən Aleksandr Miloşeviçi heyətinə qatmaq istəyir.


Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiəçinin “qara qartalar”dan gedib-getməyəcəyi İsraildə transfer dönəminin başa çatacağı günə - sentyabrın 5-nə kimi dəqiqləşəcək.


İstanbul təmsilçisinin 25 yaşlı isveçli futbolçunu klubdan göndərmək istədiyi bildirilir.


Xatırladaq ki, keçən mövsümü “Darmştadt”da keçirən müdafiəçi Bundesliqada iştirak etdiyi 20 oyuna 1 məhsuldar ötürmə edib.

Xəbər xətti