Ramil Şeydayev: "San Marinoya çoxlu qol vurmağa çalışacağıq"

DÇ-2018-in seçmə mərhələsində sabah San Marino millisini qəbul edəcək Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, gənc hücumçu öncə oyunla bağlı fikirlərini bildirib: “Bizi çətin oyun gözləyir. Rəqib çox müdafiə olunur. Demək olar, heç hücum etmir. Sabahkı oyunda qalib gəlməyə çalışacağıq. Çalışacağıq ki, çox qol vuraq”.

 

Şeydayev sabah qol vurması perspektivi barədə bunları deyib: “Mən hücumçuyam və işim qol vurmaqdı. Ümid edirəm ki, sabahkı oyunda fərqlənə biləcəm”.

Tarix: 4 Sentyabr [00:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2017
20  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio