Eratlı "Duysburq" rəqibini "topa tutdu"

10:56 - 4 Sentyabr 2017

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı klublar yoxlama oyunlarında qüvvəsini sınayırlar. 

 

Sportal.az xəbər verir ki, Almaniyanın "Duysburq" klubu da sınaq matçına çıxıb. Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Toğrul Eratın formasını geyindiyi bu komanda "Speldorf"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 8:1 hesablı qələbə ilə ayrılıb.

 

Erat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Xəbər xətti