Mbappe: "Bu səbəbdən PSJ-yə gəldim"

15:25 - 4 Sentyabr 2017

PSJ-nin "Monako"dan heyətinə qatdığı Kilian Mbappe açıqlama verib.

 

Sportal.az xəbər verir ki, gənc hücumçusu PSJ-yə keçidindən danışıb:

 

"Bir çox ulduzlar öz ölkələrində tarix yazırlar. Bu səbəbdən də Fransada qalıb PSJ-ni seçdim. PSJ-yə gələndə nə qədər böyük klub olduğunu gözəl anladım. Onlar dünyanın ən yaxşısı olmaq istəyir. "Monako"nun isə qəlbimdə ayrı yeri olacaq. Onlara hər zaman minnətdar olacam".

 

Mbappe Neymarın PSJ-yə transfer olmasının onu motivasiya etdiyini bildirib:

 

"Neymar ilə oynamaq qeyri-adi bir təcrübədir. Bunu hər oyunçu bilir. Neymarın müqavilə imzalaması məni PSJ-yə transfer olmağıma motivasiya etdi".

 

Mbappe bu mövsümü icarə əsasında parislilərin heyətində keçiriəcək. 1 il sonra isə onunla 4 illik müqavilə imzalanacaq. Bu keçid üçün PSJ "knyazlıq klubu"na 135 milyon avro təzminat və 45 milyon avro bonus ödəyəcək.
 
Qeyd edək ki, 18 yaşlı oyunçu ötən mövsüm "Monako"nun heyətində ümumilikdə  44 oyunda 26 qol vurub, 14 qolun ötürməsini edib.

Xəbər xətti