Ufuk Budaklı "Samsunspor" penaltilərdə uduzdu

16:54 - 4 Sentyabr 2017

Türkiyənin “Samsunspor” klubu Cumhuriyyət Kubokunda iştirak edib.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi komanda 19-cu dəfə təşkil olunan mini turnirin ev sahibi “Sivasspor”la üz-üzə gəlib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Ufukun komandası penalti zərbələrində meydanı məğlub tərk edib – 4:6.

 

Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq müdafiəçisi sonadək oynayıb.

Xəbər xətti