Renat Dadaşov debütündən danışdı: "Bu qədər bəsimdi"

"Özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır".

 

Bu sözləri Azərbaycan millisinin üzvü Renat Dadşov deyib. DÇ-2018-in seçmə mərhələsində öz meydanında San Marino ilə qarşılaşan millimiz 5:1 hesablı qələbəyə sevinib.

 

Sportal.az xəbər verir ki, oyun başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən gənc futbolçu növbəti oyunlara ciddi yanaşmaq lazım olduğunu deyib: "İndi davamlı olaraq çalışmaq, növbəti oyunlarda yaxşı çıxış etmək lazımdı. Ümid edirəm ki, qarşıdakı oyunlarda da qələbə qazanmağı bacaracğıq".

 

Renat millidəki debütünü belə şərh edib: "Norvçlə oyundan öncə də demişdim ki, Azərbaycandan başqa heç bir yığmada oynamayacağam. Bu gün az oynadım, amma mənim üçün bunun fərqi yoxdur. Şadam ki, baş məşqçimiz bu oyunda mənə şans verdi. Hələlik bu qədər bəsimdi, öz üzərimdə çox çalışmalıyam".

Tarix: 5 Sentyabr [00:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2017
21  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio