"Fənərbaxça"da şok itki: Van Persi sıradan çıxdı

11:40 - 5 Sentyabr 2017

İstanbulun "Fənərbaxça" klubununn heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "sarı lacivərtlilər"in əsas hücumçularından olan Robin Van Persi zədələnib. Təcrübəli forvardın sol ayağının diz bağları qopub.

 

Zədəli olmasına baxmayaraq Hollandiya milli komandasının təlim-məşq toplanışında iştirak edən 34 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Fransa ilə oyundan əvvəl baş tutan məşqdə yenidən zədələnib. Onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənlir.

Xəbər xətti