"Səbail" - "Qarabağ" matçının tarixi dəyişdirildi

18:18 - 5 Sentyabr 2017

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

 

Sportal.az xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan Premyer Liqasının IV turunda  keçiriləcək “Səbail” ilə matçının başqa tarixə keçirilməsini istəyib. Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarı qəbul edib.

 

Azərbaycan Premyer Liqasının IV turunun “Səbail” – “Qarabağ” matçı 08.09.2017-ci il tarixdən 08.12.2017-ci il tarixə keçirilsin. 

Xəbər xətti