Robert Prosineçki millimizin oyununda

19:27 - 5 Sentyabr 2017

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki U-21 yığmamızın irlandiyalı həmyaşıdlarıyla rəsmi oyununu izləyir.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu məqsədlə matçın keçirildiyi "Dalğa Arena"ya köməkçiləriylə birgə gəlib.

 

O, millidə rəhbərliyi altında oynayan, bu dəfə kömək məqsədilə U-21-ə göndərdiyi, kapitan olan Mahir Mədətovun çıxışına, gözəl qoluna şahidlik edir.

 

Xatırladaq ki, hazırda oyundun ilk hissəsi gedir və hesab 1:1-di. 

Xəbər xətti