Millimiz yenə də meydanı məğlub tərk etdi

21:09 - 5 Sentyabr 2017

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, 5-ci qrupda çıxış edən yığmamız ilk ev oyununda İrlandiyanı sınağa çəkib. "Dalğa Arena"da keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
İsraillə səfər matçında uduzan Yaşar Vahabzadənin komandası bu görüşdə xalsız qalıb.

 
Azərbaycan - İrlandiya - 1:3 
Qollar:
Manninq, 9 (0:1), Mahir Mədətov, 12 (1:1), Manninq, 37 (1:2), Qreqo-Kox, 51 (1:3)
Qırmızı vərəqə: Elnur Cəfərov 53 (Azərbaycan)

Xəbər xətti