“Qalatasaray” qapıçı axtarışında

22:48 - 5 Sentyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” heyətini qapıçı ilə gücləndirmək istəyir.


Sportal.az xəbər qardaş ölkə mətbuatına istinadən verir ki, Cenk Gönənin “Malaqa”ya göndərilməsindən sonra ehtiyat qapıçı Eray İşcanın zədədən əziyyət çəkməsi, üçüncu qapıçı İsmayıl Çipenin isə ümid verməməsi “Cim Bom”u yeni qolkiper transfer etməyə məcbur edir.


Bildirilir ki, İstanbul təmsilçisinin nümayəndələri “Adanaspor”da forma geyinən Xeyrullah Akyüz və iki xarici klubun qolkiperi ilə təmasa keçib.

 

Xəbər xətti