Mahir Mədətov: "Mənə bu haqda danışmaq hələ tezdir" MÜSAHİBƏ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün evdə İrlandiya yığmasına 1:3 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra millimizin hücumçusu Mahir Mədətov jurnalistlərin suallarını cavablandırıb:
 
- Oyuna yaxşı başladıq.  Qapıçımızı səhvi ilə hesabda geri düşdük. Heç kimi günahkarlandırmaq istəmirəm, amma ruhdan düşdük. Daha sonra müdafiədə səhvlər etdik. Hesab oyuna görə olmadı.
 
- Fərdi səhvlərdən uduzduğumuzu demək olar?
- Bəli, sizinlə razıyam.
 
- Daha çox tənqid edilir ki, millidə legionerlər çox olsa da, nəticə yoxdur. Hamıda belə fikir var ki, əgər uduzuruqsa, bizə legioner futbolçu nə üçün lazımdır?
- Mənim nəsə deməyim düzgün olmaz. Baş məşqçimizin qərarıdır.
 
- Əsas milli ilə Norveç səfəri, Bakıda San Marino ilə oyun və bu gün keçirilən qarşılaşma. Özünü yorğun hiss edirdin?
- Ən azından sevindim ki, oyun praktikam artdı. Komandaya kömək etdim.
 
- Ötən il də U-21-də çıxış etmisən. Həmin komanda ilə inidiki heyəti müqayisə etdikdən hansının güclü olduğunu söyləyə bilərsən?
- Həmin heyət 17 yaşdan birgə çıxış edib. İndiki komandada isə dəyişikliklə çox olub. Biz U-19-da olanda deyirdilər ki, çox güclü kollektivdi və gələcəkdə yaxşı uğurlar qaznacaq. Necə oldusa, heyət təmiz dəyişdi. O vaxtdan heç bir yunçu qalmadı. 
 
- Bu oyunçularla gələcəkdə nəyəsə ümid etmək olar?
- Yenə deyirəm ki, hesab oyuna görə olmadı. Uşaqlar yaxşı oynadı. Fərdi səhvlərdən uduzduq.
 
- Oyunu sona qədər davam etdirə bilmədin...
- Çalışdım ki, davam edim. Ancaq dizimdə ağrılar var idi.
 
- Qol vurandan sonra özündən çox arxayın idin. Fərdi reydlərə üstünlük verdin və demək olar ki, hamısı uğursuz alındı. Ancaq topu itirməklə yadda qaldın.
- İstədim ki, oyunu öz üzərimə götürüm.
 
- Baş məşqçi Yaşar Vahabzadə bildirdi ki, ölkə çempionatında 21 yaşlı oyunçulardan mərkəz müdafiəçisi kim oynayır, ya da qapıçı. Hücumda bircə Mahir Mədətov çıxış edir. Səncə, limitin faydası var?
- Mənə bu haqda danışmaq hələ tezdir. Limit yaxşı şeydir. Mənfi təsiri olduğunu düşünmürəm. Öz oyunu oynayıram.
Tarix: 5 Sentyabr [22:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio