Neymar Bartomeuya cavab verdi: "Bu prezident gülməlidi"

12:44 - 6 Sentyabr 2017

Neymar atası haqda tənqidi fikirlər səsləndirən "Barselona"nın prezidenti Xosep Maria Bartomeuya cavab verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu klub rəhbərinin Neymar haqqında "Atasına güvənməklə səhv etdi" sözlərinə sösial şəbəkədən münasibət verib. O, instagram hesabından "Bu prezident gülməlidi" başlıqlı paylaşım edib.

 

Qeyd edək ki, Neymar "Barselona"dan PSJ-yə 222 milyon avro qarşılığında transfer olunub.

Xəbər xətti