Mbappe: “Monako”da bir il daha qalmaq istədim"

16:17 - 6 Sentyabr 2017

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ yeni transferi Kilian Mbappe üçün imza mərasimi təşkil edib.


Sportal.az xəbər verir ki, Mbappedən başqa mərasimdə klubun prezidenti Nasser Əl-Xələfi də iştirak edib.


Transfer müddəti ilə bağlı danışan Mbappe: “Emeri ilə görüşdük. Gələcəkdə müxtəlif mövqelərdə oynaya bilərəm. Hücumda hər bölgədə oynaya bilərəm. “Monako”da bir il daha qalmaq istədim. Bunu PSJ-nin prezidentinə də dedim, lakin sonra fikrimi dəyişdim. “Monako”da qalmaq istəsəm də, fikrimi dəyişdirən bir şey oldu”.


Bütün kubokları qazanmaq istədiyini bildirən gənc futbolçu: Neymarla oynamaq böyük bir imtiyazdı, lakin burda oynamağın tək üstünlüyü bu deyil. PSJ-nin möhtəşəm layihəsi var. Öyrənəcəyim çox şey var. Önəmli futbolçularla oynayacam və onların təcrübələrinə ehtiyacım var. Bir futbolçunun karyerası çox qısadı, ona görə də bu gündən hər şeyi qazanmaq istəyirəm”.


UEFA-nın maliyyə “feyr-pley”i çərçivəsində PSJ ilə bağlı başlatdığı istintaq barəsində danışan klubun prezidenti: “Transferlərimizin hamısı qanuna uyğundur. Gizləyəcəyimiz bir şey yoxdur. Qaydalara uyğun hərəkət edirik. UEFA istədiyi araşdırmanı apara bilər. Hal-hazırda hədəflərimizə köklənmişik. Digər klubların nə dediyi bizi maraqlandırmır”.

 

Xəbər xətti