UEFA-dan "Qarabağ"ın hesabına bonus vəsait köçürülüb

17:03 - 6 Sentyabr 2017

Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ”a UEFA-dan bonus vəsait göndərilib.


Sportal.az xəbər verir ki, Avropanın ali futbol qurumudan AFFA-ya daxil olmuş 06.07.2017-cil tarixli, 38 saylı məktuba əsasən, Çempionlar Liqası turnirinin pley-off mərhələsində qazandığı qələbə ilə əlaqədar UEFA-nın ayırdığı 2.000.000.00 avro bonus vəsait AFFA-nın vasitəsilə “Qarabağ” klubunun hesabına köçürülüb.


Xatırladaq ki, “Qarabağ” ÇL-in pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlmişdi. Ağdam təmsilçisi “Çelsi”, “Atletiko” (Madrid) və “Roma” ilə eyni qrupda mübarizə aparacaq.

 

Xəbər xətti