“Qalatasaray” göndəriləcək futbolçularla bağlı qərarını verib

18:50 - 6 Sentyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” komandadan göndəriləcək futbolçularla bağlı qərarını verib.


Sportal.az xəbər verir ki, “Qalatasaray”ın komandadan göndərmək istədiyi Naycel De Yonq, Hakan Balta, Rayan Donk, Umut Gündoğan və Əndoğan Adili üçün qarşısında iki yolu var.


Belə ki, ya bu futbolçular yeni kluba transfer olacaq, ya da klub rəhbərliyi oyunçuların illik maaşlarını ödəyərək müqavilələrə xitam verəcək.


Qeyd edək ki, sözü gedən futbolçuların illik maliyyətlərinin cəmi 6 milyon avroya bərabərdir.

Xəbər xətti