“Səbail”dən ayrılan futbolçu özünə yeni klub tapdı

19:49 - 6 Sentyabr 2017

Bu yay “Səbail”lə müqavilə bağlasa da, qısa müddət sonra klubla yollarını ayıran Emin Cəfərquliyev özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, o, yeni mövsümdən “Binə”nin uğurları üçün çalışacaq. Birinci Divizionda yeni mövsümdə debüt etməyə hazırlaşan bölgə klubu artıq onu ictimaiyyətə təqdim edib. Lakin sol cinah müdafiəçisinin “Binə” ilə neçə illik müqavilə imzaladığı açıqlanmır.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu əvvəllər “Neftçi”, “Karvan”, “Bakı”, MOİK, “Simurq”, “Sumqayıt”, AZAL, “Araz Naxçıvan” və “Şuşa” klublarının da formasını geyinib.

Xəbər xətti