"Neftçi" əvəzedici heyətini darmadağın etdi

"Neftçi” PFK Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə zamanı ikinci yoxlama oyununu keçirib. 


Sportal.az xəbər verir ki, əvəzedici heyətlə oyun əsas komandanın 5:1 hesablı qələbəsi ilə nəticələnib.

 

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüşdə əsas komandanın qollarını Daniel Seqoviya, Derlis Meza Kolli, Uqo Barqas, Elnur Cəfərov və Namik Ələskərov vurublar. Əvəzedici komandadan isə Qədir Bayramlı fərqlənib.


Xatırladaq ki, paytaxt təmsilçisi ilk yoxlama oyununda MOİK-ə 3:0 hesabı ilə qalib gəlmişdi.

 

Heyətlər:
Əsas komanda: Rəşad Əzizli, Pavel Dreksa, Kirilo Petrov, Məqsəd İsayev, Anton Krivotsyuk, Ruslan Abışov, Kənan Mirzəliyev, Ömər Buludov, Rəhman Hacıyev, Derlis Meza Kolli, Daniel Seqoviya.
Meydana sonradan daxil olanlar: Sənan Əlizadə, Mateo Mujek, Namik Ələskərov, Uqo Barqas, Fəhmin Muradbəyli, Məhəmməd Mirzəbəyov, Tərzin Cahangirov, Elnur Cəfərov.

 

Əvəzedici komanda: Maksim Vaylo, Elvin Sərkərov, Azər İsmayılov, Rəhman Daşdəmirov, Şöhrət Yusifov, Qədir Bayramlı, Orxan Sabirbəyli, Heydər Babayev, Cavidan Qasımlı, Əli Şirinov, Tural Əliyev.
Meydana sonradan daxil olanlar: Elvin İmanlı, Fərid Mahmudov, Ruzigar İbrahimzadə, Xəyal Tomarov, Murad Hüseynov.

Tarix: 6 Sentyabr [19:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2017
24  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio